ANTİDOPİNQ QAYDA POZUNTUSU BARƏDƏ İZAHAT
Aşağıdakıları diqqətlə oxuyun, bu sizin üçün vacibdir
Nəzərinizdə saxlayın ki, hal hazırda təqdim edəcəyiniz ətraflı məlumat sonrakı mərhələlərdə sanksiyanın müəyyən edilməsində mühüm rol oynayacaqdır.
AMADA-ya əhəmiyyətli yardım etsəniz, yəni siz digər şəxsin antidopinq qayda pozuntusu törətməsi barədə məlumatı AMADA-ya açıqlasanız, sizə qarşı tətbiq oluna biləcək diskvalifikasiya müddəti (idmandan uzaqlaşdırma cəzası) azaldıla bilər.
Siz AMADA ilə razılaşmaya gəlsəniz, yəni siz, antidopinq qayda pozuntusunu etiraf etsəniz və işin bütün faktlarını və hallarını təsvir etsəniz , bu zaman sizə qarşı tətbiq oluna biləcək diskvalifikasiya müddəti (idmandan uzaqlaşdırma cəzası) azaldıla bilər.
Siz dərhal etiraf etsəniz, yəni, AMADA tərəfindən sizə göndərilmiş məktuba son tarixədək cavab olaraq antidopinq qayda pozuntusunu törətdiyinizi etiraf etsəniz, bu zaman sizə qarşı tətbiq oluna biləcək diskvalifikasiya müddəti (idmandan uzaqlaşdırma cəzası) 1 il azaldıla bilər.